Rent a car idarəetmə sistemi — rezervasiya və avtopark üçün CRM
AvtoiCare rent a car şirkətləri üçün rezervasiya təqvimi, PDF müqavilə, təhvil-qaytarma, ödəniş və hesabat qeydlərini əlaqəli iş axınında birləşdirir.
Nümunə məlumatları
Rent a car idarəetmə sistemi nədir?
Rent a car idarəetmə sistemi rezervasiya, müqavilə, depozit məbləği, ödəniş qeydləri, avtomobilin qaytarılması və hesabat məlumatlarını vahid iş prosesində birləşdirən proqramdır.
Rezervasiya təqvimi
Əməkdaş müştəri, avtomobil, tarix və statusla bron yaradır; yaradılarkən tarix toqquşması yoxlanılır.
Avtomatik PDF müqavilə
Pasport, sürücülük vəsiqəsi, depozit və avtomobil məlumatları avtomatik PDF-ə düşür.
Maliyyə qeydləri
Ödəniş, depozit məbləği, cərimə, xərc və hesabat məlumatları rezervasiya və ya avtomobillə əlaqələndirilir.
AvtoiCare Azərbaycan bazarındakı avtomobil icarəsi şirkətləri üçün hazırlanıb və əsas icarə qeydlərini bir CRM-də əlaqələndirir. Bütün funksiyalara baxın Rent a car proqramı haqqında Excel ilə müqayisə edin
Qərar verməzdən əvvəl CRM-i görün
Demoda real ssenarini keçin: avtopark təqvimi, müqavilə, depozit və yekun hesabat.
Əvvəlcə itki nöqtələrini tapaq
Pulsuz proses təhlilində mövcud müraciət, depozit və hesabat işinizi CRM imkanları ilə müqayisə edək.
Audit alRent a car əməliyyatları üçün əsas modullar
Rezervasiya, müqavilə, depozit, avtopark və hesabatı ayrı fayllar əvəzinə əlaqəli iş axınında idarə edin.
Rezervasiya və təqvim
Əməkdaş müştəri, avtomobil, tarix və statusla bron yaradır; sistem tarix toqquşmasını yoxlayır.
PDF müqavilələr
Müqavilə rezervasiya məlumatlarından hazırlanır, arxivdə saxlanır və yenidən endirilə bilir.
Təhvil və qaytarma
Yürüş, yanacaq, zədə, foto və imza məlumatları icarə protokolunda qeyd olunur.
Ödəniş və depozit
Qismən və tam ödənişlər, depozit məbləği və ödəniş qeydləri rezervasiyaya bağlanır.
Avtopark idarəetməsi
Avtomobil statusu, sənədlər, servis, gəlir və xərclər bir profildə görünür.
Hesabatlar
Rezervasiya, gəlir, xərc, istifadə faizi və avtomobil nəticələrini dövr üzrə müqayisə edin.
Müştəri və şirkətlər
Əlaqə, sənəd, icarə tarixçəsi, kateqoriya və korporativ hesablar birlikdə saxlanır.
Müddət nəzarəti
Sığorta, KASKO, texniki baxış və növbəti servis tarixləri avtomobil kartında görünür.
Sizi maraqlandıran cavablar
3 gün pulsuz sınayın — bank kartı tələb olunmur
Bir real icarə ssenarisini keçib proqramın prosesinizə uyğunluğunu yoxlayın.
Pulsuz demo al